İdman
Avrokuboklarda 1/8 final həyəcanı: Günün canlı yayımlanacaq matçları
Bu axşam UEFA Avropa və Konfrans Liqalarında 1/8 final mərhələsinin oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, Konfrans Liqasında Türkiyə təmsilçisi "Samsunspor" "Rayo Valyekano"nu qəbul edəcək. İzləyicilər "Samsunspor" - "Rayo Valyekano" oyununu 21:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə UEFA Avropa Liqasında "Ştuttqart" "Portu" ilə, "Nottingem Forest" "Midtyulland" ilə, "Selta Viqo" isə "Lion" ilə üz-üzə gələcəklər. "Ştuttqart" - "Portu" və "Nottingem Forest" - "Midtyulland qarşılaşmaları "CBC Sport" kanalında, "Selta Viqo" - "Lion" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq. UEFA Avropa Liqası 1/8 final mərhələsi 12 mart Saat 21:45, "Ştutqart" - "Portu" ("CBC Sport" TV). 13 mart Saat 00:00, "Nottingem Forest" - "Midtyulland" ("CBC Sport" TV); Saat 00:00, "Selta Viqo" - "Lion" (İctimai TV). UEFA Konfrans Liqası 1/8 final mərhələsi 12 mart Saat 21:45, "Samsunspor" - "Rayo Valyekano" (İctimai" TV).
Mənbə
oxu.az