İdman
UEFA Çempionlar Liqasında İngiltərə komandaları üçün arzuolunmaz tarix yazıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən ilk oyunlar İngiltərə klubları üçün gözlənilməz antirekordla yadda qalıb. Oxu.Az xəbər verir ki, bu arzuolunmaz nəticə "Çelsi"nin PSJ-yə 2:5, "Mançester Siti"nin isə "Real Madrid"ə 0:3 hesabı ilə ağır məğlubiyyətə uğraması nəticəsində rəsmiləşib. Turnirin bütün tarixi ərzində ilk dəfədir ki, eyni gündə meydana çıxan iki ingilis futbol komandası rəqiblərinə üç və ya daha böyük qol fərqi ilə məğlub olur. Qeyd edək ki, komandaların taleyinə aydınlıq gətirəcək 1/8 final mərhələsinin həlledici cavab qarşılaşmaları martın 17-də və 18-də baş tutacaq.
Mənbə
oxu.az