İdman

UEFA Çempionlar Liqası: "Real Madrid" "Mançester Siti"dən, PSJ isə "Çelsi"dən üstün oldu

12 Mar 2026, 01:58 1 baxış
UEFA Çempionlar Liqası: "Real Madrid" "Mançester Siti"dən, PSJ isə "Çelsi"dən üstün oldu
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti dörd qarşılaşması keçirilib. Oxu.Az xəbər verir ki, turnirin ötənilki qalibi PSJ evdə "Çelsi"ni qəbul edib. Görüş Fransa təmsilçisinin London klubu üzərində inamlı qələbəsi ilə yekunlaşıb - 5:2. Erkən final sayıla biləcək "Real Madrid" - "Mançester Siti" matçında üç qol vurulub. Federiko Valverdenin het-triki "kral klubu"nun "Mançester Siti" üzərində qələbəsini təmin edib - 3:0. Turnirin sürpriz komandası "Budyo Qlimt" daha bir gözlənilməz nəticəyə imza atb. Norveç təmsilçisinin budəfəki qurbanı "Sportinq" olub. Ev sahibləri rəqib qapısından üç cavabsız top keçiriblər - 3:0. Daha əvvəl keçirilmiş "Bayer Leverkuzen" - "Arsenal" matçında 1:1 hesablı nəticə qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər