Cəmiyyət

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

11 Mar 2026, 00:06 2 baxış
ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

ABŞ-Azərbaycan münasibətlərini ən yüksək nöqtəyə çatdıran administrasiyanın bir hissəsi olmaq da şərəfdir.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Ceffri Kessler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.


“İndi iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha güclüdür. Təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb. Bu yolda davam etmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər