Cəmiyyət

Bu rayonun 9 kəndində elektrik olmayacaq

11 Mar 2026, 00:15 2 baxış
Bu rayonun 9 kəndində elektrik olmayacaq

Martın 11-də yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xətlərinin çəkilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltuq "Əbrəqunus" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.


“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən Axar.az-a bildirilib ki, bu səbəbdən Culfa rayonunun Xoşkeşin,Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ, Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilməsində fasilə olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər