Cəmiyyət

Qubanın 3 kəndinin adı dəyişdirilir

10 Mar 2026, 18:38 2 baxış
Qubanın 3 kəndinin adı dəyişdirilir

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.


Axar.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.


O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:


"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".


M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Mənbə axar.az

Oxşar Xəbərlər