Cəmiyyət

Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırılıb - VİDEO

10 Mar 2026, 16:36 2 baxış
Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının fəaliyyətini dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb Bildirilib ki, şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər