Cəmiyyət
Xocalının kəndlərinin elektriklə təchiz edilməsi planlaşdırılır
Xocalının bəzi kəndlərində xarici və daxili elektrik şəbəkəsi tam yenidən qurularaq elektrik enerjisi ilə təmin ediləcək. Oxu.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) tender elan edib. Layihə çərçivəsində Xocalı rayonu Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0.4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidən qurularaq elektrik enerjisi ilə təmin olunacaq. ASC bunun müqabilində 8 milyon 107 min 554.7 manat ödəməyi planlaşdırır. Rəşid Qarayev
Mənbə
oxu.az
Oxşar Xəbərlər