Cəmiyyət
Elxan Qaraxanoğlu Manset.az-ı məhkəməyə verdi – İddiası rədd edildi
Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu həmin saytla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Oxu.Az xəbər verir ki, o, müraciətində xəbərin saytdan silinməsini, təkzib olunmasını və üzr istənilməsini tələb edib. Nərimanov Rayon Məhkəməsində hakim Şəbnur Əzizovanın sədrliyi ilə iclas keçirilib. İclasda iddiaçı Şirinov Elxan Qaraxan oğlunun cavabdeh "Manset.az Media" MMC-yə qarşı tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılıb. Bununla da Elxan Qaraxanoğlunun iddiası təmin edilməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər