Cəmiyyət
Saatlıda avtomobilin vurduğu piyada öldü
Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Bəylik kəndi ərazisində qeydə alınıb. Belə ki, yolu keçən Bəylik kənd sakini, 1950-ci il təvəllüdlü Əlövsət Məmmədovu avtomobil vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır. Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər