Cəmiyyət

Dualar oxundu, namazlar qılındı - İlk Qədr gecəsindən FOTOREPORTAJ

09 Mar 2026, 10:40 2 baxış
Dualar oxundu, namazlar qılındı - İlk Qədr gecəsindən FOTOREPORTAJ
Martın 8-dən 9-na keçən gecə ehtimal edilən ilk Qədr gecəsində inanc sahibi insanlar Təzəpir məscidində ibadətlərini yerinə yetirmək üçün bir araya gəliblər. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, müqəddəs gecədə möminlər namaz qılır, Qurani-Kərim oxuyur, dualar edir və Allahdan bağışlanma diləyirlər. İslam dünyasında ən fəzilətli və mübarək gecələrindən hesab olunan Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olmağa başladığı vaxt kimi qəbul edilir. İslam inancına görə, ilk vəhy məhz bu gecə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə (s.) çatdırılıb. Qurani-Kərim isə sonrakı illər ərzində - ümumilikdə 23 il müddətində hissə-hissə nazil olunaraq tamamlanıb. Təzəpir məscidində baş tutan ehtimal edilən ilk Qədr gecəsindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər