Cəmiyyət

Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları

08 Mar 2026, 22:00 2 baxış
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
Sabah ramazan ayının on doqquzuncu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 9-da imsak vaxtı saat 05:36-da, iftar vaxtı isə saat 18:55-dədir. Martın 9-u üçün namaz vaxtları:
Sübh azanı 05:41
Zöhr azanı 12:51
Əsr azanı 16:56
Məğrib azanı 18:55
İşa azanı 19:56
On doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!" Tərcüməsi: "İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!" İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!" Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" Allah orucunuzu qəbul eləsin!
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər