Siyasət
İranın terror siyasətinin daha bir biabırçı səhifəsi: "Azərbaycandan üzr istənilməlidir"
"İran dronları ilə Naxçıvan hava limanının vurulması mülki infrastruktura hücum kimi qiymətləndirilməlidir. Bu, heç bir hərbi zərurəti olmayan bir addımdır və hazırda qüvvədə olan Cenevrə Konvensiyalarına görə də legitim hədəf sayılmır. Bu hava limanının İrana qarşı hər hansı hərbi məqsədlə istifadə olunması ilə bağlı heç bir iddia belə yoxdur". Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib.
O bildirib ki, mülki infrastruktura bu cür məqsədli hücum terror üsuludur: "Təsadüfi deyil ki, Azərbaycana dəstək verən bir çox ölkələr bunu məhz terror aktı kimi qiymətləndirirlər. Terror aktı, bir qayda olaraq, dinc insanları hədəf alır, onun hər hansı hərbi-strateji zərurəti yoxdur və bu baxımdan mülki hava limanına edilən hücum da bu cür təsnifləşdirilə bilər. Azərbaycan Prezidenti də Təhlükəsizlik Şurasının iclasında bu hadisəyə açıq və birmənalı şəkildə qiymət verdi. Eyni zamanda, bu terror aktı ilə bağlı İran dövlətinin cavabdehliyini və məsuliyyətini də vurğuladı. Bizim gözləntimiz ondan ibarətdir ki, İran dövləti bu terror aktına görə məsuliyyəti üzərinə götürməlidir. Bu terror aktına qərar verənlər, onu həyata keçirənlər müəyyən edilməli və cəzalandırılmalıdırlar. İran Azərbaycandan üzr istəməlidir. Belə olan halda artıq münasibətlərin əvvəlki qaydada normallaşdırılması ilə bağlı müzakirələrə başlamaq olar". "Əks halda, bu hadisə İranın uzun və zəngin terror siyasətində daha biabırçı bir səhifə kimi tarixə düşəcək. Çünki Azərbaycan hər zaman qonşuluq prinsiplərinə riayət edib. Ən çətin günlərdə, dar məqamlarda belə, imkanları çərçivəsində İranın xahişləri əsasında ona dəstək göstərib. Tərəflər arasındakı əlaqələr hər zaman dinc qonşuluq münasibətlərinə uyğun şəkildə həyata keçirilib. Belə olan halda İranın bu teraktı ikiqat riyakarlıq sayıla bilər. Təəssüf ki, biz hələ də İran rəsmilərindən açıq və aydın izahat eşitməmişik. Yalnız bəyan edirlər ki, məsələ araşdırılır. Lakin biz gözləyərdik ki, onlar daha fərqli açıqlamalar versinlər. İlk növbədə bəyan etməli idilər ki, Azərbaycandakı mülki obyektlər, ümumiyyətlə Azərbaycan ərazisi heç bir halda hücum hədəfi ola bilməz. Bunun üçün heç bir hüquqi əsas yoxdur və heç bir hərbi zərurət də mövcud deyil. Onlar, düşünürəm ki, elə əvvəldən üzrxahlıq etməli idilər. Lakin onların açıqlamaları da, əslində, rəsmi Tehranın qeyri-səmimiliyini bir daha göstərir. Düşünürəm ki, rəsmi Bakının qəti mövqeyindən sonra bu cür təxribatları həyata keçirmək istəyənlər artıq bir neçə dəfə yox, onlarla dəfə düşünəcəklər", - deyə analitik əlavə edib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Mərahim Nəsib

Mənbə
oxu.az