Cəmiyyət

Bakı-İğdır marşrutu üzrə uçuş cədvəli açıqlandı

06 Mar 2026, 18:39 2 baxış
Bakı-İğdır marşrutu üzrə uçuş cədvəli açıqlandı

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib).


Axar.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.


Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:


- sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;


- üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.


Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.


Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətəbiqi vasitəsilə Naxçıvan istiqamətini seçərək, yaxud aviaşirkətin kassalarına müraciət edərək əldə emək olar.

Mənbə axar.az

Oxşar Xəbərlər