Cəmiyyət
Naxçıvanla Iğdır arasında sərnişindaşıma barədə RƏSMİ AÇIQLAMA
Naxçıvanla Iğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin Iğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin Iğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir. Belə ki, Naxçıvan Avtovağzalından Iğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb. İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan Iğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan Iğdıra 4 reyslə 162, Iğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan Iğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az