Cəmiyyət

Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü

06 Mar 2026, 15:18 2 baxış
Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə 13 ailə olmaqla 67 nəfər köçürülüb.


Bu barədə Axar.az-a Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Bildirilib ki, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə qayıdıb.


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev Xocalı şəhərində ailələrə yeni evlərin açarlarını təqdim edib.

Mənbə axar.az

Oxşar Xəbərlər