Cəmiyyət

Temperatur 8 dərəcə enir: qar yağacaq - Xəbərdarlıq

06 Mar 2026, 15:39 2 baxış
Temperatur 8 dərəcə enir: qar yağacaq - Xəbərdarlıq

Martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.


Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər