Siyasət

Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana dron hücumu ilə bağlı Bakıya zəng etdi

05 Mar 2026, 17:40 1 baxış
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana dron hücumu ilə bağlı Bakıya zəng etdi
Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb. İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb. Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər