Siyasət
Britaniya səfirindən Tehranın terroruna reaksiya: "İran dronlarının Naxçıvana zərbə endirməsi qəbuledilməzdir"
"Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir". Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib. O bildirib ki, Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir: "Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir". Xatırladaq ki, İran tərəfindən Naxçıvanın Beynəlxalq Aeroportu dron hücumuna məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.
Mənbə
oxu.az