Siyasət

XİN rəhbəri: "İrandan Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat vermələri tələb olunub"

05 Mar 2026, 14:36 1 baxış
XİN rəhbəri: "İrandan Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat vermələri tələb olunub"
İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı zamanı bildirib. Qeyd edilib ki, Azərbaycan tərəfinin baş verən hücumla bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsi, izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb. Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər