Siyasət

İran dronunun Naxçıvanda düşdüyü yerdən FOTOLAR

05 Mar 2026, 13:55 1 baxış
İran dronunun Naxçıvanda düşdüyü yerdən FOTOLAR
Naxçıvana düşən İrana məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. Oxu.Az xəbər verir ki, Babək rayon Şəkərabad kənd tam orta məktəbinin yaxınlığında qeydə alınan görüntülərdə dronun parçalarının əraziyə səpələndiyi görünür. Hadisə yerində təhlükəsizlik tədbirləri görülərək ərazi lentlə əhatəyə alınıb.
{{gallery}} Hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanının binasına ziyan dəyib, əməkdaşlar və sərnişinlər ərazidən təxliyə olunublar. Müvafiq qurumlar hadisə yerində operativ araşdırma aparırlar. Qeyd edək ki, Naxçıvan ərazisinə atılan PUA-lardan biri hava limanının terminal binasına, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər