Siyasət

Xarici donordan qrant alan bələdiyyələrlə bağlı QƏRAR

05 Mar 2026, 10:40 1 baxış
Xarici donordan qrant alan bələdiyyələrlə bağlı QƏRAR
Xarici donordan qrant alan bələdiyyələr üçün tələb müəyyənləşib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 gün müddətində "bir pəncərə prinsipi" üzrə bələdiyyələrə münasibətdə Ədliyyə Nazirliyinə müvafiq ərizələrlə müraciət edilməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər