Digər

Arakçı ilə Sani arasında gərgin telefon danışığı

04 Mar 2026, 22:33 2 baxış
Arakçı ilə Sani arasında gərgin telefon danışığı

İranın xarici işlər naziri Abbas Arakçı ilə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Qətər XİN məlumat verib.


Telefon danışığında Arakçı raket hücumlarının ABŞ-ın mövqelərinə yönəldiyini bildirib, Sani isə bunu rədd edərək qeyd edib ki, hücumlar mülki ərazilərə və ölkənin infrastrukturuna təsir edib.


Sani İranın hücumarı ilə Qətərin suverenliyinin pozulduğunu və ölkənin özünümüdafiə hüququnu özündə saxladığını vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər