Cəmiyyət

Bakıda səkilərlə bağlı problem: Piyadalar üçün əlverişsiz şərait narazılıq yaradır

04 Mar 2026, 11:36 2 baxış
Bakıda səkilərlə bağlı problem: Piyadalar üçün əlverişsiz şərait narazılıq yaradır
Bakının bir çox küçələrində səkilərin olmaması və ya yararsız vəziyyətdə olması şəhər sakinlərinin haqlı narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bu problemi əks etdirən videogörüntülərdən biri sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Xətai prospektində aparılan yenilənmə işlərinə baxmayaraq, piyadalar üçün şəraitin qənaətbəxş olmadığı diqqətə çatdırılıb. Bildirilib ki, mikromobillik zolağı və parkinq yerləri nəzərdə tutulsa da, piyadalar üçün səki məsələsi həllini tapmayıb. Qeyd edilib ki, mövcud səki də istifadə üçün əlverişli deyil. Belə ki, səkinin bir hissəsi ağaclar, digər hissəsi isə işıq dirəkləri tərəfindən tutulub və bu da piyadaların hərəkətini xeyli çətinləşdirir. Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və piyadalar üçün təhlükəsiz şəraitin yaradılmasını xahiş edirlər.

Əzizə İsmayılova
Bakıda səkilərlə bağlı problem: Piyadalar üçün əlverişsiz şərait narazılıq yaradır Bakıda səkilərlə bağlı problem: Piyadalar üçün əlverişsiz şərait narazılıq yaradır
Mənbə oxu.az

Oxşar Xəbərlər