Siyasət

Bu günədək Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı mini keçdi

04 Mar 2026, 10:44 1 baxış
Bu günədək Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı mini keçdi
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib. Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Tacikistanın 99, Pakistanın 76, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin bir vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub. Qeyd edək ki, İrandan ümumilikdə 37 ölkənin 937 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər