Cəmiyyət

Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı

04 Mar 2026, 10:52 2 baxış
Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb. Oxu.Az xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub. Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər