Cəmiyyət

Gəncədə ağır qəza: ölən var

04 Mar 2026, 09:52 2 baxış
Gəncədə ağır qəza: ölən var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Nəcəf oğlu Hacıyev idarə etdiyi VAZ-21150 markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.


Nəticədə sürücü ölüb.


Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər