Cəmiyyət

Bağlanan özəl universitetin binası BDU-ya verildi

03 Mar 2026, 20:14 2 baxış
Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.


Axar.az-ın APA-ya istinadən məlumatına görə, həmin fakültələr artıq keçmiş Asiya Universitetinin binasına köçürülüb.


BDU-dan məlumatı təsdiqləyiblər.


Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.


Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya qaytarıldıqdan sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər