Cəmiyyət
Son iki saatda İrandan Azərbaycana daha 50 nəfər təxliyə edilib - VİDEO
İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub. Bundan başqa, Çinin 16, Rusiyanın 15, Cənubi Afrika Respublikasının 3, Gürcüstanın 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib. Rusiya vətəndaşlarından ikisi səfirlik əməkdaşı olub. İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, dördü İsveçrə, üçü Meksika, üçü Çin, ikisi isə Pakistan vətəndaşıdır. Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib. İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, yeddisi Oman, dördü Pakistan, üçü İran, üçü isə Qırğızıstan vətəndaşıdır. Martın 3-də saat 11:00-13:00 aralığında daha 83 nəfər İrandan Azərbaycana təxliyə edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlardan altısı Azərbaycan, 74-ü Çin, ikisi İran, biri isə Türkiyə vətəndaşıdır. ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 615 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 150, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 52, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirliklərinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsindən 1 vətəndaş Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
{{gallery}}

Mənbə
oxu.az