Siyasət
İlham Əliyev: "Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır"
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı vurğulayıb: "Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik".
Mənbə
oxu.az
Oxşar Xəbərlər