Siyasət

Azərbaycan XİN: "Vətəndaşlarımızın xəsarət alması barədə məlumat daxil olmayıb"

03 Mar 2026, 11:40 1 baxış
Azərbaycan XİN: "Vətəndaşlarımızın xəsarət alması barədə məlumat daxil olmayıb"
Yaxın Şərqdə baş verən məlum hadisələrdə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Xarici İşlər Nazirliyinə (XİN) məlumat daxil olmayıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq XİN-dən məlumat verilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər