Cəmiyyət

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

01 Mar 2026, 18:06 2 baxış
Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücum hədəfi olmayıb, lakin bina qəlpələrin düşməsi nəticəsində zədələnib.


Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bəyan edib.


"Zərbələrdən biri "Bəsic"in bazasına endirilib. Qəlpələr bizim səfirliyimizə ziyan vurub. İrandakı diplomatlarımıza gəlincə, bu gün personalımız Azərbaycan istiqamətində təxliyə olunacaq", - Vuçiç deyib.


Dövlət başçısı Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana yollanacağını, lakin sonra Tehrana qayıdacağını bildirib.


Vuçiç əlavə edib ki, region üzrə ən çox Serbiya vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir və onlar ilk fürsətdə təxliyə olunacaqlar.

Mənbə axar.az

Oxşar Xəbərlər