Cəmiyyət
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Fevral ayının reytinq cədvəli açıqlanıb
Azərbaycan telekanallarının "YouTube" baxışları üzrə 2026-ci ilin fevral ayı üçün reytinq cədvəli açıqlanıb. Oxu.Az xəbər verir ki, birinci yerdə 70 571 409 baxışla Baku TV qərarlaşıb. Qeyd edək ki, Baku TV iki kanal üzrə fəaliyyət göstərir. Onlardan Azərbaycan dili üzrə kanal 50 478 904, rus dili üzrə kanal isə 20 092 505 baxış toplayıb. Reytinq cədvəlində ikinci yerdə ATV (35 276 957 baxış), üçüncü pillədə isə CBC (25 123 974 baxış) qərarlaşıb. İlk beşlikdə, həmçinin ARB 24 və Xəzər TV də yer alıb. Tam siyahını təqdim edirik: 1. Baku TV (2 kanal) - 70 571 409 baxış; 2. ATV (5 kanal) - 35 276 957 baxış; 3. CBC - 25 123 974 baxış; 4. ARB 24 - 21 712 776 baxış; 5. Xəzər TV (5 kanal) - 19 807 385 baxış; 6. İctimai TV - 13 312 084 baxış; 7. AzTV (5 kanal) - 12 933 557 baxış; 8. ARB (5 kanal) - 10 852 057 baxış; 9. Space TV - 8 194 733 baxış; 10. CBC Sport (3 kanal) - 8 083 634 baxış; 11. APA TV - 4 334 691 baxış; 12. İdman TV - 2 954 673 baxış; 13. Real TV - 1 852 659 baxış; 14. Kanal S - 522 189 baxış;
Mənbə
oxu.az