Siyasət
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İranın xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib. Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İranən ali lideri Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub. Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə
oxu.az