Cəmiyyət

Füzulidə QƏZA: 10-cu sinif şagirdi öldü

01 Mar 2026, 11:12 2 baxış
Füzulidə QƏZA: 10-cu sinif şagirdi öldü
Füzulidə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Ramil İbayev idarə etdiyi VAZ-2107 markalı 90-FD-419 dövlət nömrə nişanlı avtomobillə qarşıda gedən traktorun qoşqusuna çırpılıb. Nəticədə avtomobildə sərnişin olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur İbayev hadisə yerində həyatını itirib. Ağır xəsarət alan sürücü Ramil İbayev isə Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər