Cəmiyyət

FHN rəsmisi: "Daxil olan müraciətlərin 80 faizi əsassız və yalandır" - VİDEO

01 Mar 2026, 00:48 2 baxış
FHN rəsmisi: "Daxil olan müraciətlərin 80 faizi əsassız və yalandır" - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə hər gün orta hesabla 6-8 min müraciət daxil olur. Təəssüf ki, daxil olan zənglərin 75-80 faizi əsassız, yalan və ya yanlış məlumatlara əsaslanan müraciətlərdir. Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu rəqəmlər FHN-in "112" qaynar xəttinə daxil olan müraciətlərdən yalnız bir neçəsidir.
13 ildir "112" Çevik Reaksiya idarəsində xidmət aparan baş dispetçer Türkan Rəsulzadə bildirir ki, sutka ərzində qaynar xəttə yanğın, partlayış, avtoqəza və digər fövqəladə hallarla bağlı orta hesabla hər gün 6 mindən çox zəng daxil olur. FHN-in Böhran Vəziyyətlərində İdarə Etmə Mərkəzinin "112" Çevik Reaksiya idarəsinin rəisi, mayor Nizami Əsədov qeyd edib ki, nazirliyin qaynar xəttinə fəaliyyətə başladığı gündən bu günə qədər 30 milyondan çox zəng daxil olub. İdarənin rəisi həmçinin qaynar xətti məşğul edən əsassız müraciətlər barədə də danışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər