Siyasət
Efiopiyanın baş naziri Prezident İlham Əliyevə Azərbaycan dilində təşəkkür edib
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Oxu.Az xəbər verir ki, Efiopiya lideri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Efiopiya hökumətinin rəhbəri paylaşımda rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: "Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm". Paylaşımda, həmçinin Azərbaycan Prezidenti də qeyd olunub.

Mənbə
oxu.az