Siyasət
Azərbaycanda sürücüsüz avtomobillərlə bağlı hüquqi baza yaradılacaq
Azərbaycanda avtonom (kənar təsirlərdən asılı olmayaraq müstəqil hərəkət edən, özünü idarə edən və ya muxtar olan - red) nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi baza yaradılacaq. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Sənədə avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması və mərhələli tətbiqinin təmin edilməsi nəzərdə tutulub. Məlik Məlikov
Mənbə
oxu.az