Siyasət
Dövlət xidmətləri süni intellekt əsaslı təşkil ediləcək
Dövlət xidmətləri süni intellekt (Sİ) əsaslı təşkil ediləcək. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb. Sənədə qeyd olunub ki, Sİ-nin tətbiq ediləcəyi azı 10 sosial və biznes "həyat hadisəsi" üzrə dövlət xidməti müəyyən ediləcək. Sİ əsaslı dövlət xidmətlərinin göstərilməsi üçün optimallaşdırılmış proseslər üzrə tədbirlər planının hazırlanması və azı 5 dövlət xidmətinin pilot rejimdə göstərilməsi sənəddə qeyd olunub. Həmçinin xidmətlərin Sİ əsaslı göstərilməsi və vətəndaş məmnuniyyəti indeksinin rüblük əsasda ölçülməsi nəzərdə tutulub. Məlik Məlikov
Mənbə
oxu.az