Cəmiyyət

Xocalıda soyqırımı qurbanlarının xatirəsinə həsr olunan fləşmob keçirilib - FOTO + VİDEO

26 Feb 2026, 20:46 2 baxış
Xocalıda soyqırımı qurbanlarının xatirəsinə həsr olunan fləşmob keçirilib - FOTO + VİDEO
Fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fləşmob keçirilib.
Oxu.Az xəbər verir ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan anım aksiyası zamanı faciə qurbanları yad edilib, soyqırımı zamanı həyatını itirmiş 63 uşağın xatirəsinə 63 şam yandırılıb. Şagirdlər əllərində şam heç vaxt böyüməyən 63 uşağın adını səsləndirərək, onları doğma torpaqda anıblar. Fləşmob, şagirdlərin "Xocalı azaddır!" və "Xocalını unutmadıq!" şüarları səsləndirərək, bu gün yenidən qurulan, uşaq gülüşləri ilə dolan, doğma sakinlərinin nəfəsi ilə isinən Xocalıya həsr olunmuş "Ay Xocalı" mahnısının sədaları altında düzülərək, "Xocalı" sözünü yazıb, qurbanları yad etməklə başa çatıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər