Cəmiyyət

Xocalı faciəsinin 34 illik harayı - VİDEO

26 Feb 2026, 20:00 2 baxış
Xocalı faciəsinin 34 illik harayı - VİDEO
Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən hadisələr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalıb. Həmin gecə yüzlərlə dinc sakin ermənilər tərəfindən amansızcasına qətlə yetirildi. Qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla öldürüldü, ailələr tamamilə məhv edildi. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına sağalmaz yara kimi həkk olundu. Bu gün ölkənin hər yerində insanlar faciə qurbanlarını ehtiramla yad edirlər. Şəhidlərimizin ruhuna dualar oxunur, abidələr önünə gül dəstələri düzülür. Hər ad bir taleyi, yarımçıq qalmış bir ömrü xatırladır. Dövlət və hökumət rəsmiləri, paytaxt sakinləri Bakıda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edir, qarşısına gül dəstələri düzürlər. Oxu.Az "Ana harayı" abidəsinin qarşısından hazırladığı videoreportajı təqdim edir:
Məlik Məlikov Video: Əqdəm Qasımov
Mənbə oxu.az

Oxşar Xəbərlər