Cəmiyyət

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Xocalı qurbanlarını yad edib

26 Feb 2026, 18:10 2 baxış
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Xocalı qurbanlarını yad edib
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Oxu.Az xəbər verir ki, anım tədbiri Agentlikdə davam etdirilib. Tədbirdə faciə zamanı doğmalarını itirən şəhər sakini İman Allahverdiyev çıxış edib. Sonra Xocalı faciəsindən bəhs edən "Edam kötüyü" adlı sənədli film nümayiş olunub. Agentliyin regional idarələrində də faciənin ildönümü ilə bağlı tədbirlər keçirilib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Xocalı qurbanlarını yad edib
Mənbə oxu.az

Oxşar Xəbərlər