Cəmiyyət
Xocalı faciəsinin şahidi: "13 yaşlı qızın ayaqlarını dizdən kəsdilər" - VİDEO
"300 nəfərə yaxın insandan cəmi 26-27 nəfər xilas ola bildi. 13 yaşlı qızın ayaqları dizdən kəsildi". Bunu Xocalı faciəsinin şahidi Səadət Zeynalova Baku TV-yə müsahibəsində deyib.
O, həmin qanlı gecədə yaşadıqları dəhşəti belə xatırlayıb: "Tüstüsünü görərlər deyə ocaq yandıra bilmirdik. Oturanda donurduq. Yerimək lazım idi. Onda da atəş açırdılar. Bir neçə nəfər əsir düşməmək üçün özünü öldürdü. Xalamın oğlu - Milli Qəhrəman Araz Səlimov pulemyotçu idi. Özünü vurmaq üçün bir güllə saxlamışdı. Girov düşəndə xalama demişdi ki, ana, məni döysələr də, tikələsələr də, sənin oğlun olduğumu bildirmə".

Mənbə
oxu.az
Oxşar Xəbərlər