Cəmiyyət
FHN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət etdi
Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Axar.az xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mənbə
axar.az
Oxşar Xəbərlər