Cəmiyyət

Meksikada baş vermiş son hadisələr... - Bayramov

26 Feb 2026, 10:22 2 baxış
Meksikada baş vermiş son hadisələr... - Bayramov

Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqədəyik.


Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.


Nazir bildirib ki, Azərbaycan vətəndaşları tərəfindən hansısa müraciətin olması barədə məlumat daxil olmayıb:


“Səfirlik fəaliyyətdədir. Biz Meksika rəhbərliyi tərəfindən vəziyyətin normallaşması ilə bağlı açıqlamaların da şahidi olduq”.


Qeyd edək ki, Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan “Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hərbi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatdan sonra qruplaşma üzvləri Xalisko və digər ştatlarda çoxsaylı nəqliyyat vasitələrini yandırıblar. Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında toqquşmalar baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər