Cəmiyyət

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər

26 Feb 2026, 08:36 2 baxış
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin "Ana harayı" abidəsini ziyarəti başlayıb. Oxu.Az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin nazirliyin əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Xatırladaq ki, Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər
Mənbə oxu.az

Oxşar Xəbərlər