Cəmiyyət

Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...

25 Feb 2026, 23:48 2 baxış
Prezident Bakı haqda: Tıxac, toz-torpaq, külək...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.


Axar.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.


Kişi sakin: 35 ildir gözləyirdik.


Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?


Kişi sakin: Şəhər tərəfdə.


Prezident İlham Əliyev: Bakıda?


Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.


Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?


Kişi sakin: Ağcabədidə.


Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.


Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?


Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.


Prezident İlham Əliyev: Orada şərait necə idi?


Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.


Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.


Prezident İlham Əliyev: Əlbəttə.


Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.


Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.


Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!


Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.t

Mənbə axar.az

Oxşar Xəbərlər