Cəmiyyət
Daha bir qrup ukraynalı uşaq Bakıya gəldi
Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.
"2026-cı ildəki ilk qrup - Ukraynadan olan 26 uşaq Bakıya gəlib. Ukraynanı müdafiə edənlərin uşaqları peşəkar qulluq və reabilitasiya alacaqlar", - o yazıb.
Səfirin sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycanda 498 ukraynalı uşaq reabilitasiya keçib. Qusev həmrəylik və dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib.
Mənbə
axar.az
Oxşar Xəbərlər