Cəmiyyət

Xocalı faciəsinə həsr olunmuş "Zamanı dayandıran gecə" adlı FOTOSƏRGİ

25 Feb 2026, 17:40 2 baxış
Xocalı faciəsinə həsr olunmuş "Zamanı dayandıran gecə" adlı FOTOSƏRGİ
Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Zamanı dayandıran gecə" adlı fotosərgi açılıb. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, sərginin təşkilində əsas məqsəd 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin həqiqətlərini geniş auditoriyaya çatdırmaq, şəhidlərin əziz xatirəsini yad etmək, gələcək nəsillərə tarixi həqiqətləri ötürməkdir. Sərgidə ilk dəfə Xocalı sakinləri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, mayor Tofiq Mirsiyab oğlu Hüseynova aid fotoşəkillər, Murad Şükürova məxsus sənədlər və qatlama bıçaq da sərgilənir. Nümayiş olunan şəkillər içərisində 26 fevral 1992-ci ildə rusiyalı jurnalist Viktoriya İvleva tərəfindən çəkilən, faciənin dərinliyini göstərən foto da yer alır. Sərgidə Oleq Litvin, Xalid Əsgərov, İlqar Cəfərov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu və ilk dəfə olaraq Eduard Ponyaqinin aerofotoları nümayiş olunur. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilir. Xocalı faciəsinə həsr olunmuş "Zamanı dayandıran gecə" adlı fotosərgini təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər