Cəmiyyət
Azad edilən ərazilərdə reyestrə daxil edilən yeni ünvanların sayı açıqlandı
Ötən il işğaldan azad edilmiş ərazilərdə yerləşən 5 930 ha torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı 2025-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dörd müraciət daxil olub. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki dövrlərdə daxil olmuş işlər nəzərə alınmaqla 2 691.66 ha torpaq sahəsi üzrə altı müraciətə razılıq verilib. Bundan başqa, Xocavənd rayonu üzrə 45 611.52 ha, Kəlbəcər rayonu üzrə 3 695.77 ha, Ağdərə rayonu üzrə 33 260.55 ha və Şuşa rayonu üzrə 12 962.19 ha, ümumilikdə 95 530.03 ha ərazi üzrə geobotaniki məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilərək ümumilikdə 114 obyektin geobotaniki xəritəsi tərtib olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 191 küçə üzrə 9 153 giriş ünvanı, 2 943 daxili ünvan təyin edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. İl ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140.2 min ha, geobotaniki tədqiqat üzrə isə 95.5 min ha ərazidə kameral işlər aparılıb. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 233.7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib. Torpaq tədqiqatı üzrə 177 min ha, geobotaniki tədqiqat üzrə 56.7 min ha sahədə laboratoriya işləri aparılıb. Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər